Tarixçə
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 14.000 üzvü ilə, təxminən 2 milyon şəxsə iş imkanı verən, Türkiyədə 84, Ölkə xaricində 84 fərqli ölkədə, ümumilikdə 179 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. MÜSİAD Azərbaycan 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 101 üzvü ilə 8500 nəfər işçiyə iş imkanı verməkdədir. 13 nəfərlik İdarə heyəti və 10 komissiya ilə fəaliyyətini davam etdirir. 101 üzvdən 34-u Türkiyə vətəndaşı, 67-si Azərbaycan vətəndaşıdır.